AZ

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Ulu Öndər Heydər Əliyev Azərbaycanın XX və XXI əsr tarixində və ictimai-siyası fikrində daim böyük ehtiramla xatırlanacaq dahi şəxsiyyətdir. Müasir Azərbaycan dövlətçiliyinin qurulmasını və möhkəmlənməsini cəmiyyətdə Hey­dər Əliyev ideyalarını yeni tarixi şərait və dəyərlər prizması ilə vəhdətdə təhlil etmək hər zaman ictimai-tarixi zərurətdir. Başqa sözlə, etiraf edilməlidir ki, Azərbaycan Res­publikasının siyasi həyatında yeni güc mərkəzinin yaranması yalnız Heydər Əliyev şəxsiyyətinə ümumxalq etimadının tarixi-ictimai təzahürü nəticəsində mümkün ola bilərdi. Çağdaş siyasi tariximizin bufundamen­tal hadisəsi hər zaman gələcək nəsillər üçün xüsusi məktəbdir.

Azərbaycan Respublikasına uzun illər rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevə ölkənin siyasi, iqtisadi, mədəni və sosial inkişafında müstəsna irəliləyişlərin birbaşa təminatçısı kimi həmişə xalq tərəfindənqəlbən dərin rəğbət bəslənilirdi. Eyni zamanda Ulu Öndər keçmiş SSRİ kimi nəhəng dövlətdə ali siyasi vəzifəyə nail olan ilk və yeganə azərbaycanlı olduğundan, sözün əsl mənasında, milli qürur mənbəyi və mənəvi fəxarət simvolu sayılırdı. İnsanlar onunla, onun tarixi şəxsiyyəti və əməlləri ilə fəxr edir, ona dərin hörmət və etimadını hər zaman ifadə edirdilər.

Qeyd olunan tarixi reallıqla yanaşı, SSRİ-nin süqutundan sonra hakimiyyət uğrunda çəkişmələrdə kommunist ideologiyası ilə mübarizə adı altında Azərbaycanın bütün tarixi keçmişini şübhə altına almaq, reallıqları kommunist libasında təqdim etmək zəmnində ölkənin bütün formalaşmış kadr potensialına və sosial-iqtisadi bazaya qarşı təqiblər geniş tətbiq edilirdi. Belə bir vəziyyətdə cəmiyyətdə Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılmasına və qiymətləndirilməsinə xüsusi ehtiyac hiss olunurdu.

Heydər Əliyevə qayıdış onun şəxsiyyətinə və ideyalarına inamın müstəqillik dövrünün milli məfkurəsinin vacib tərkib hissəsinə çevrilməsini nəzərdə tuturdu. Ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin ictimai-siyasi həyatının hərəkətverici qüvvəsi kimi çıxış edən Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli inkişaf kodeksinin əsasları rolunu oynayırdı. Məhz bu dərin dövlətçilik məfkurəsi əsasında Azərbaycan Res­publikası həmin dövrdə sürətli yüksəlişi təmin edə bilmiş, müstəqilliyin, bir növ, siyasi-iqtisadi təməli qoyulmuşdu.

Yeni müstəqilliyini bərpa etmiş Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin başlaması, torpaqların erməni qəsbkarları tərəfindən işğalı və ölkədə vətəndaş qarşıdurmasının başlaması ilə milli dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması idi. Bu mərhələdə yenidən Azərbaycanın siyasi həyatına rəhbərlik etməyə başlayan Ulu Öndəri ilk növbədə əsrlərlə yaşayacaq və özünün adlandırdığı tarixi sərvətimiz olan milli dövlətçiliyimizi yaşatmaq, möhkəmləndirmək, ölkənin ərazi bütövlüyünü qorumaq və Azərbaycanı beynəlxalq birliyin bərabər hüquqlu bir üzvünə çevirmək kimi ciddi tarixi sınaqlar qarşılayırdı.

Böyük siyasət adamı, dünya liderlərinin nüfuzlu şəxsiyət, dövlətçilik memarı adlandırdıqları Ümummilli Lider bu ağır mərhələləri öz peşəkar bilik, bacarıq və təcrübəsi ilə aradan qaldırdı və hər zaman qürur duyduğu, şah əsəri olan Mütəqil Azərbaycan dövlətçiliyini qorudu, yaşatdı və biz nəsillərə möhkəm bazislə ərmağan etdi.

İlk növbədə cəbhədə atəşkəsə nail olub, hər zaman arzuladığı güclü ordu yaradılmasına start verən Ümummilli Lider Ermənistan və onun havadarlarının beynəlxalq siyasi, diplomatik təzyiq maşınını darmadağın edərək, Azərbaycanı dünyanın və regionun əsas əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevirdi.

Azərbaycan vətəndaşlarının ən mühüm problemləri hər zaman Ulu Öndəri düşündürmüşdür. Bu xüsusda ən ciddi amil isə milli mənəvi dəyərlərimizin inkişafı məsələsi idi. Tarixi təcrübə sübut edir ki, dövlətin inkişafında ən aparıcı vasitə insan və mükəmməl kadr potensialıdır.

Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev insan, vətəndaş hüquq və təhlükəsizliyinicəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində və dövlət idarəçiliyində tətbiq etməyə çalışırdı. Ümummilli Lider yeni, müasir siyası dövlət idarəemə mədəniyyətinin bütün istiqamətlərini də çox asanlıqla müəyyən etdi. Bura

-bazar iqtisadiyyatı

-plüralizm

-demokratiya

-milli-mənəvi irsin qorunması

-enerji təhlükəsizliyi

kimi mühüm aktual sosial-siyası mexanizmlərin sistemli, funksional fəaliyyəti daxil idi. Bu siyasi idarəetmə sistemi isə həm də, yeni siyası mədəniyyəti labüd edirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla