AZ

Xaçaturyan: Qonşu dövlətlərlə normal əlaqə qurmaq istəyirik

Ermənistan prezidenti Vahan Xaçaturyan Kaliforniya ştatının qubernatoru Qevin Nyusomla görüşündə İrəvanın qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaqda qətiyyətli və birmənalı mövqeyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin aparatı məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, bunun təsdiqi hazırda Ermənistanla Azərbaycan arasında aparılan sərhədlərin demarkasiyası prosesidir.

Bundan başqa, tərəflər regional və qlobal hadisələr, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf qaynar münaqişələrin dinc danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Üstəlik, Ermənistan və ABŞ arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
4
Mənbələr
Şərh ()
Bağla