- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Forbes” dünyada ən çox dollar milyarderinin olduğu şəhərləri müəyyənləşdirib. Moskva bu reytinqdə Nyu-Yorkdan sonra ikincidir.
Hafta.az-ın yazdığına görə, jurnalın araşdırmasına görə, 2024-cü ilin sonunadək Nyu Yorkda 110 milyarder olacaq.
Dollar milyarderlərinin sayının bir ildə 12-dən 74-ə yüksəldiyi Moskva siyahıda altıncı pillədən ikinci pilləyə yüksəlib.
Araşdırmaya görə, dünya milyarderlərinin təxminən dörddə biri altı ölkənin 10 metropolunda yaşayır. Bu insanların ümumi sərvəti 3 trilyon dollardır.
Dünyada dollar milyarderlərinin sayı rekord qıraraq 2024-cü ildə 2781-ə yüksələcək.
Siyahıda Honq Konq 74 milyarderlə Moskva ilə eyni mövqeyi - ikinci yeri bölüşür.
Mumbay (69 nəfər), Pekin (63), London (62), Şanxay (54), Los-Anceles (53), Sinqapur (52), San-Fransisko (50) siyahının ilk 10-luğuna daxil olan digər şəhərlərdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.