AZ

"Göy üzünü ha dəlsən də, dəlinməz" - Yunuz Oğuz

Yunuz Oğuz poeziya nümunəsini ictimaiyətlə bölüşüb.

Milli.Az şeiri təqdim edir:

Göy üzünü ha  dəlsən  də,  dəlinməz,

Əməlinə nə yazdınsa,  silinməz.

Əzrayıldı, Cəbrayldı biinməz,

Bir mələyə  tuş  olarsan  son anda,

xxx

Sən insansan, nə heyvansan,nə sürü,

Qəzəbindən doğra çayı, yıx Kürü!

Əməlini sovur göyə, dağ  kürü,

Fəryadına gələ  bilməz sonan  da.

xxx

Yığılacaq qalaq-qalaq daş indi,

Hər əməlin  göz  görməyən daşındı.

Yığış atam, yığış, ruhun  daşındı,

Haqq-hesab  var, tərəzi var  sonunda.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla