AZ

“Unicapital” əvvəlki vəziyyətini bərpa edə bilmir - Dövriyyəsi 51 milyon manat azalıb

Bu ilin ilk dörd ayında “Unicapital İnvestisiya Şirkəti”nin Bakı Fond Birjasında (BFB) dövriyyəsi 1 milyard 111 milyon manat təşkil edib. 

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4% və ya 50,6 milyon manat azdır. Halbuki, 2023-cü ilin yanvar-aprel aylarında “Unicapital”ın 1 milyard 162 milyon manat birja əməliyyatı həyata keçirmişdi. Bağlanan əqdlərin sayı isə illik müqayisədə isə 1959-dan 1480-ə enib. 

İnvestisiya şirkətinin birja əməliyyatlarının 601 milyon manatı repo, 180,9 milyon manatı dövlət qiymətli kağızlarının, 50,9 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 278 milyon manatı korporativ istiqrazların payına düşüb. Mart ayında İnvestisiya şirkəti bu il ərzində ilk dəfə səhmlər üzrə 220 min manatlıq əməliyyat icra edib. Aprel ayı üzrə isə hər hansı əməliyyat icra edilməyib. 

Qeyd edək ki, bundan əvvəl investisiya şirkəti  Valyuta.az-a bildirilmişdi ki, dövriyyənin azalması bütün xidmətləri deyil, yalnız daxili bazarı əhatə edir.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin 100%-lik səhmdarı “Unibank”a məxsusdur.

Leyli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla