AZ

Ermənistanda nə baş verir? – Köçəryan hakimiyyəti ələ alır

Artıq bir müddətdir ki, Ermənistanda vəziyyət yenidən qarışıb. Vətəninfo.az xəbər verir ki, bu qarışıqlıqdan istifadə edən Ermənistanın ikinci prezidenti Robert Köçəryan hakimiyyəti ələ keçirmək üçün planlar qurur. “Bizim etiraz hərəkatının qalib gələcəyi təqdirdə baş nazir postuna Robert Köçəryanın namizədliyini irəli sürmüşəm”.

Bunu Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan deyib.

Respublika meydanında çıxış edən Qalstanyan qeyd edib ki, Köçəryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları özləri yaradıb.

“Mən Robert Köçəryanla həyatımda yalnız bir dəfə görüşmüşəm. O da – 2001-ci ildə Vazgenyan seminariyasına getdiyim zaman. Görüş beş dəqiqədən çox çəkmədi”.

Keçmiş Ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala isə arxiyepiskop müsbət cavab verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla