AZ

İrəvanda TƏLƏBƏLƏR DƏ AYAĞA qalxdı, polis insanları küçələrdə sürüyür – GÖRÜNTÜLƏR CANLI-da

"Baş nazirliyə namizəd lazım olanda namizədlik açıqlanacaq". Bu sözləri keşiş Vazgen (Baqrat) Qalstanyan deyib. O qeyd edib ki, artıq adlar müzakirə olunur: "Favoritləriniz və ən az favoritləriniz, sonda onların (müxalif siyasi qüvvələrin - red.) ətrafında olduğu namizədlik elan olunacaq”.

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası başlayıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd edilir ki, “Vətən uğrunda Tavuş” müxalifət hərəkatı “Azatutyan” prospektində yolun bir hissəsini bağlayıb.

Əlavə olaraq, İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi tətilə başlayıb. Onlar müxtəlif fakültələrə daxil olaraq digər tələbələri tətilə qoşulmağa çağırırlar.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla