Bayden administrasiyası Çin mənşəli elektromobillərə tariflər elan etməyə hazırlaşır.

İndex.az xəbər verir ki, bu yaxınlarda ABŞ prezidenti Co Bayden Çinin kritik sektorlarını hədəf alan tarifləri açıqlayacaq.

Çin mənşəli elektromobillər, akkumulyatorlar və günəş batareyası elementləri üçün yeni tariflərin elan edilməsi gözlənilsə də, mövcud tariflər böyük ölçüdə saxlanılacaq.

Bu tariflər Baydenin Çinə qarşı ən böyük addımlarından biri olacaq.