AZ

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Cənubi

Bakı, 10 may, AZƏRTAC

2018-ci ilin oktyabrından 2024-cü il martın 31-dək təxminən 1,33 milyon Cənubi Sudanlı qaçqın evlərinə qayıdıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi bildirib. Agentliyin məlumatına görə, mart ayında daha 45 mindən çox qaçqının geri qayıtması təsdiqlənib. Bu göstərici fevral ayı ilə müqayisədə 12 faiz çoxdur.

Qeydə alınan artım qaçqınların sığındığı ölkələrdə ərzaq qıtlığı, eləcə də məşğulluq və dolanışıq imkanlarının olmaması ilə izah edilir. Geri qayıdanların əksəriyyəti Sudandan və Efiopiyadan gəlib.

Agentlik hazırda Keniya, Uqanda, Sudan, Efiopiya, Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasının daxil olduğu regionda 2,2 milyon Cənubi Sudanlı qaçqın olduğunu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla