AZ

“Roketsan” AKYA torpedolarının Türkiyə HDQ-yə təhvil verilməsinə başlayıb

“Roketsan” şirkəti tərəfindən seriyalı istehsal edilən AKYA ağır torpedolarının Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilməsinə başlanılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

AKYA ağır torpedosu Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyacı çərçivəsində “Roketsan” tərəfindən milli və yerli imkanlarla hazırlanıb. Ağır torpedo 2022-cü ilin yanvar ayında Türkiyə HDQ-nin inventarına daxil edilib. 2023-cü ilin dekabrında isə Türkiyə HDQ-nin TCG PREVEZE sualtı qayığından AKYA-nın döyüş başlıqlı ilk atış sınağı keçirilib.

Sualtı qayıq və suüstü gəmilərin məhv edilməsi üçün təyin olunan 533 mm-lik AKYA torpedosu 50 kilometrdən artıq mənzilə və 45 knotdan çox sürətə malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla