AZ

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

“PAŞA

Bakı, 10 may, AZƏRTAC

“PAŞA Holding” olaraq biz hələ tədbirin Azərbaycanda keçiriləcəyi elan olunmamışdan öncə bu tədbirə maraq göstərmişdik və kiçik işçi qrupu ilə ötən il COP28 tədbirinə qatılmışdıq. Bunun da səbəbi bizim beynəlxalq kommunikasiya gündəliyimiz idi.

AZƏRTAC xəbər verir ki, bu barədə “PAŞA Holding”in baş strategiya inzibatçısı Teymur Hüseynov deyib.

“Bu il tədbirin, iqlim mövzusunun aktuallığını nəzərə alaraq, biz öz “stakeholder”lərimiz üçün həm COP, həm də ümumilikdə iqlim çağırışları barədə məlumatlılıq səviyyəsinin artırılması imkanını yaratmaq istədik. Beləcə, BMT Azərbaycan tərəfindən “29 iqlim söhbəti” təşəbbüsü barədə eşidən kimi bu təşəbbüsə qoşulmaq niyyətimizi bildirdik. Təşəbbüs çərçivəsində BMT tərəfindən ümumilikdə 29 tədbir keçiriləcək və bu tədbirlərdən 4-ü “PAŞA Holding”in tərəfdaşlığı ilə baş tutacaq. Bu gün biz bu tədbirlərdən ilkini keçiririk. Çünki müzakirələrə məhz əməkdaşlarımızdan başlamaq istədik”, - deyə Teymur Hüseynov vurğulayıb.

O qeyd edib ki, “PAŞA Holding” beynəlxalq bir şirkətdir və öz fəaliyyətində beynəlxalq standartlara riayət edir: “Beynəlxalq şirkət olaraq biz dayanıqlılıq mövzusundan yan keçə bilmərik. "PAŞA Holding" olaraq artıq 2023-cü ilin əvvəlindən həm dövlət qurumları, həm beynəlxalq konsultantlar ilə görüşərək mövzunu araşdırırıq. Hazırda da biz parallel olaraq şirkətlərimizin dayanıqlılıq strategiyasının üzərində çalışırıq. Yəni dayanıqlılıq bizim üçün artıq biznesimizin bir hissəsinə çevrilməkdədir ki, biz burada yalnız iqlim mövzusuna deyil, BMT-nin digər dayanıqlı inkişaf məqsədlərini də nəzərdə tuturuq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla