AZ

Slovakiyalı ekspert: "Bakı ilə Bratislava bir çox sahələrdə əməkdaşlıq edə bilər"

"Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya səfəri ölkənin Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu göstərir".
 
Moderator.az xəbər verir ki, bunu “Report”a açıqlamasında slovakiyalı ekspert, Slovakiya İxracatçılar Şurasının aparıcı analitiki Yozef Xrabina bildirib.
 
Onun fikrincə, Bakı ilə Bratislava bir çox sahələrdə əməkdaşlıq edə bilər və hər iki tərəf bunu iki ölkə arasında təbii qaz ixracı, hərbi-sənaye əməkdaşlığı və texnoloji mübadilə sahəsində həyata keçirməyə çalışır:
 
“Rusiya ilə Ukrayna arasında təbii qaz tranziti müqaviləsinin müddəti gələn il başa çatdığına görə digər Mərkəzi Avropa ölkələri kimi Slovakiya da “mavi yanacağ”a olan tələbatını Xəzər regionundan, xüsusən də Azərbaycandan ödəmək niyyətindədir”.
 
O qeyd edib ki, Slovakiya yaxın illərdə 5 milyard kubmetr təbii qaz idxal etməyi gözləyir və bu da potensial olaraq ölkənin ehtiyaclarını ödəyə bilər.
 
Hərbi əməkdaşlıqdan danışan Y.Xrabina qeyd edib ki, Slovakiya Azərbaycana minatəmizləmə maşınları və özüyeriyən artilleriya qurğuları təklif edə bilər.
 
Ekspert vurğulayıb ki, Slovakiya Rusiyaya alternativ qaz nəqli infrastrukturunun təkmilləşdirilməsində maraqlıdır:
 
“Buna görə də STRING kəməri layihəsi Avropa İttifaqına qaz tədarükünün şaxələndirilməsinə töhfə verən hər hansı digər layihələr kimi Ukraynada müharibə başa çatdıqdan sonra Avropanın inkişafında böyük rol oynayacaq”.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla