AZ

Belarus da Avropa İttifaqının üzvü olacaq - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə Belarusun Avropa İttifaqı ilə gələcəyini necə gördüyündən danışıb.

 

Modern.az xəbər verir ki, o, Kiyevə səfərə gələn Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında bu barədə danışıb.

 

Zelenski vurğulayıb ki, Kiyev Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün Avropa İttifaqından konkret addımlar gözləyir. Onun fikrincə, Aİ-nin genişlənməsi digər Avropa ölkələrinə də təsir etməlidir.

 

“Avropa həm Balkanlar, həm də Moldovadır və mütləq Gürcüstan üçün Avropa Günü, Belarus üçün isə Avropa Günü olacaq”, - deyə Zelenski bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla