AZ

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Naxçıvan, 10 may, Nail Əsgərov, AZƏRTAC

Mayın 8-də Naxçıvan şəhərindəki “Saat Meydanı”nda konüllülərin fləşmobu ilə başlayan “Bookfest” kitab festivalı uğurla davam edir. Bu gün muxtar respublikanın dövlət rəsmilərinin iştirakı ilə “COP29” və “Bütün nailiyyətlərimizə görə borclu olduğumuz insanlar” mövzularında aktual panel müzakirələri olacaq. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Naxçıvanın 100 illiyinə həsr olunmuş “Naxçıvanın tərənnümü” etüd sərgi-müsabiqəyə də start verilir. Sərgi 60 şagird və tələbənin iştirakı ilə keçirilir. Müsabiqənin sonunda təşəkkürnamə ilə təltiflənmə olacaq.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində kitab festivalının moderatoru Fariz Əhmədov söyləyib. O deyib: “Festivalda 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir. Kitablar oxuculara 30 və 70 faiz endirimlə təklif olunur. Tanınmış yazarların imza, oxu və şeir saatları, panel müzakirələr gənclərdə “Bookfest”ə böyük maraq oyadır. Ümid edirik ki, gərgin əməklə ərsəyə gətirilən bu sərgi hər kəsin ürəyincədir. Sevilən ifaçıların bir-birindən maraqlı mahnı və musiqi nömrələri də sərgiyə əlavə rəng qatır”.

Festival “kitab hədiyyə et, dəyər qat” marifləndirici aksiya da keçirilir. Aksiya çərçivəsində dünən cəzaçəkmə müəssisəsi üçün kitablar hədiyyə edildi. Sonuncu gün Ordubad şəhər internat tam orta məktəbində, Şahbuz rayon Ahıllar evində də kitabsevərlərə kitablar təqdim olunacaq”, - deyə Fariz Əhmədov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Bookfest” Naxçıvan kitab festivalının media tərəfdaşıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla