AZ

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

Britaniya

Bakı, 10 may, AZƏRTAC

Böyük Britaniya bayrağı altında üzən ticarət gəmisi Ədən körfəzində hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, insident Ədən şəhərindən 195 dəniz mili şərqdə qeydə alınıb.

Ticarət gəmisinin kapitanı göyərtəsində 5-6 nəfər silahlı şəxs olan kiçik bir gəminin onlara yaxınlaşdığını bildirib. Onun sözlərinə görə, həmin gəmidən Britaniya gəmisinə atəş açılıb. Cavab atəşindən sonra naməlum gəmi yaxınlaşmaq cəhdini dayandırıb.

Bildirilir ki, gəmi və onun heyəti təhlükəsizdir və təyinat limanına üzməyə davam edir.

Bir müddət öncə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeyda limanından 60 dəniz mili cənub-qərbdə daha bir gəmiyə hücum edildiyi barədə məlumat yaymışdı. Martın əvvəlində isə Birləşmiş Krallığın digər gəmisi Ədən şəhərindən 50 dəniz mili cənub-şərqdə hücuma məruz qalmışdı.

Qeyd edək ki, İsrail Qəzza sektoruna hücuma başlayandan sonra Yəməndəki husi üsyançıları yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsini əngəlləyir, onlara hücum edirlər. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb. Əməliyyata Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa da qoşulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla