AZ

Avropada Fələstinin tanınması ruzigarı: Bu ölkələr...

İspaniya başda olmaqla bir sıra Aİ ölkələrinin Fələstini rəsmən tanımağa hazırlaşdığı bildirilərkən, bu vəziyyətin İsrail rəhbərliyinə təzyiqləri artıracağı gözlənilir.

Publika.az xəbər verir ki, Avropa İttifaqının İsrailin hərəkətləri qarşısında beynəlxalq xəbərdarlıq və təkliflərə məhəl qoymadığı üçün tənqid edildiyi bir mühitdə, bəzi Birlik ölkələrinin Fələstini tanımaq cəhdləri son mərhələyə çatıb.

İspaniya, İrlandiya, Sloveniya və Maltanın yaxın gələcəkdə Fələstini rəsmən tanıyacağı gözlənilir.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Fələstinin tanınmasına ən uyğun vaxtın müəyyən edilməsi üçün bəzi Aİ ölkələri ilə danışıqların davam etdiyini bildirib.

Bu mərhələdə Aİ-də Fələstini tanıyan səkkiz ölkə var. Bunlar Bolqarıstan, Çexiya, İsveç, Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Cənubi Kiprin Rum Administrasiyasıdır.

Roza Şəfiyeva














Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla