AZ

Paşinyanı o əvəz etməlidir - Oskanyan namizədini açıqladı

Arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyanın istefasını tələb edən hərəkatın baş nazir postuna namizədi olmalıdır.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook-da yayılan videoda bildirib.

“Hesab edirəm ki, Qalstanyan düzgün yoldadır. O, dünən Milli Assambleyada Nikol Paşinyana etimadsızlıq prosesinə başlamaq üçün artıq parlamentdəki siyasi qüvvələrlə məsləhətləşmələr apardığını bildirib", - Oskanyan deyib.

Onun sözlərinə görə, Konstitusiya təbii ki, bu qüvvələrin də baş nazirliyə namizədlərini təqdim etmələrini tələb edir:

"Hazırda hesab edirəm ki, hökumət başçısı vəzifəsinə namizəd arxiyepiskop Baqrat Qalstanyanın özü olmalıdır”.

O qeyd edib ki, məsələnin təfərrüatları barədə məlumatı yoxdur, amma belə olacağını düşünür. Çünki “bu hökumət müvəqqətidir, bəlkə də bir il hakimiyyətdə olacaq”.

“Bu müddət ərzində bəzi problemlər həll olunacaq, erməni xalqı çiyinlərini düzəldəcək, bundan sonra ədalətli seçkilər keçirmək mümkün olacaq. Həqiqətən də, keçid dövrü üçün ən uyğun namizəd bu hərəkatı başlayan, fədakarlıq göstərən və bütün məqsədləri həyata keçirmək əzmində olan şəxsdir”, - deyə keçmiş xarici işlər naziri bildirib.

Xatırladaq ki, Qalstanyan mayın 9-da Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu tələbə nail olmaq üçün Ermənistan Milli Assambleyasının müxalifət fraksiyaları hökumət başçısına etimadsızlıq nümayiş etdirmək prosesinə start veriblər.

Zaur, BakuPost



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla