AZ

Baş Prokurorluqdan Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəlliminin işi üzrə mediada yayılan məlumatlarla bağlı xəbərdarlıq

Bakı. Trend:

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndiriliyi cinayət işiüzrə mediada yayılmış məlumatlara reaksiya verib.

Baş Prokurorluğun Trend-əverdiyi məlumata görə, bəzi media subyektləri və sosial şəbəkəistifadəçiləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildəpozularaq Mehman Xəlilovun Cinayət Məcəlləsinin 120.2.4 və120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkarsurətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilətəqsirləndirildiyi cinayət işi üzrə istintaq və məhkəmə baxışının,o cümlədən cinayət prosesi tərəflərinin (təqsirləndirilən vəzərərçəkmiş şəxs) şəxsi və ya ailə sirlərini açıqlayan məlumatlaryayılıb.

Belə ki, Mehman Xəlilov qeyd olunan cinayət işi üzrə SumqayıtAğır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə iclasındatədqiq edilmiş sübutlara əsasən 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və hazırda işə müdafiə tərəfininhökmdən verdiyi şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsindəbaxılır.

Bildirilir ki, məlumatın yayılmaması barədə xəbərdarlıq edilmişşahid, zərər çəkmiş şəxs, mülki iddiaçı və mülki cavabdeh, onlarınnümayəndələri, mütəxəssislər, ekspertlər, tərcüməçilər, halşahidləri, müdafiəçilər və digər şəxslər müvafiq razılıq olmadan butələbi pozduqda məsuliyyət daşıyır.

Bununla yanaşı, media subyektləri və sosial şəbəkəistifadəçilərinin nəzərinə çatdırılır ki, təhqiqatçının,müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatakeçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidaiaraşdırma ilə bağlı, eləcə də, ailə və şəxsi həyata dair sirr olanməlumatların, həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarıolmadan şəxsin təqsirli olması barədə informasiyaların yayılmasınayol verilməməlidir.

Odur ki, qanunvericiliyin qeyd olunan tələblərinə mediasubyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən əməlolunmasını xahiş edirik.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
38
Mənbələr
Şərh ()
Bağla