AZ

Ceyhun Bayramov Mirzoyanla görüşdən DANIŞDI

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdə Ermənistan XİN başçısı Ararat Mirzoyanla danışıqlar barədə müzakirə aparıb.

 

Modern.az xəbər verir ki, nazir bugünkü görüşdə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inamın ifadə edib.

 

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
13
Mənbələr
Şərh ()
Bağla