AZ

İraq və Suriyada 17 terrorçu zərərsizləşdirilib

İraqın şimalında 10, Suriyanın şimalındakı əməliyyat bölgələrində isə 7 PKK terrorçusu zərərsizləşdirilib.

News365.az-ın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Hakurk, Qara və Pəncə-Kilid əməliyyatı bölgələrində 10, Suriyanın şimalında isə Zeytun Budağı və Barış bulağı bölgələrində 7 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

- Terrora qarşı mübarizəmiz effektiv və qətiyyətlə davam edir!

Qəhrəman Türk Silahlı Qüvvələrimiz; İraqın şimalındakı Hakurk, Qara və Pəncəli Hərəkat bölgələrində müəyyən etdiyi 10 PKK terrorçusu, Suriyanın şimalında isə Zeytun Budağı və Barış bulağı bölgələrində müəyyən etdiyi 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
Mənbələr
Şərh ()
Bağla