AZ

“Həddindən artıq duz yemək orqanizmdə ödəm yaradır“ - Dietoloq

"Həddindən artıq duz yemək orqanizmdə ödəm yaradır" 

Dietoloq Ləman Süleymanova bunu News365.az-a açıqlamasında deyib.

Duzla bağlı el arasında da maraqlı inanclar var: duz dağıldısa, pis əlamətdir. Yeməyi bilmədən duzlu edibsə, deməli çox sevir. Duz insanı təmizləyir, duz orqanizmdə bir çox funksiyalar üçün vacibdir. Orqanizmdə bir qram da duz qalmasa insan ölə bilər.

Həddindən artıq duz yemək orqanizmdə ödəm yaradır. Duzdan çox istifadə edən insan elə kənardan, xarici görünüşündən sezilir: onun bədəni şişmiş olur, gözlərinin altı torbalanır, kökəlir, ürək, böyrək xəstəliyi olur. Hətta artıq duz mədə xərçənginə də səbəb olur.

Mən yeməyə duz səpmirəm, şoraba yemirəm deyirsizsə, bilməlisiz ki, söhbət əlinizlə yeməyi duzlamaqdan getmir. Duz gündəlik, aylıq qəbul etdiyiniz qida məhsullarındadır və yavaş-yavaş toplanır: çörəkdə, kolbasada, ət məhsulunda, konservlərdə, fast fudda, souslarda, un məmulatlarında, yarımfabrikatlarda, pitsada – çox şeylərdə var"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az

 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla