AZ

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

BP-nin

Bakı, 10 may, AZƏRTAC

Bu ilin birinci rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 327,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2,4 faiz azalma deməkdir.

AZƏRTAC BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən xəbər verir ki, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 130,4 milyon dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (66 şirkət üzrə) 88,8 milyon dollar xərcləyib.

Bundan başqa, hesabat dövründə BP-nin 188 kiçik və orta müəssisə üzrə xərcləri 97 milyon dollar, 18 dövlət şirkəti üzrə xərcləri isə 10,9 milyon dollar təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
5
Mənbələr
Şərh ()
Bağla