AZ

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Şotlandiyanın

London, 10 may, AZƏRTAC

Şotlandiyanın yeni birinci naziri Con Svinni ölkəsinin beş il ərzində müstəqil ola biləcəyini deyib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, “Sky News”a açıqlamasında deyib. Nazir bildirib ki, Şotlandiyanın hazırda iki böyük problemi var və bunlar Vestminstrda alınan qərarlara görədir.

“Şotlandiyada bir ölkə olaraq qarşılaşdığımız ən böyük iki problem var; yaşayış xərcləri ilə bağlı krizis və Breksitin nəticələri. Bunların hər ikisi Vestminsterdə qəbul edilən səhv qərarlar səbəbindən Şotlandiyaya ciddi iqtisadi və sosial ziyan vuran əsas strateji amillərdir. Müstəqillik bunun həll yoludur”,- deyə Con Svinni açıqlamasında qeyd edib.

O deyib ki, Şotlandiya xalqı Avropa İttifaqında qalmağa səs versə də, öz iradəsinə zidd olaraq İttifaqdan çıxmağa məcbur edilib. Birinci nazirin sözlərinə görə, Şotlandiyanın müstəqilliyi beş il ərzində əldə edilə bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
Mənbələr
Şərh ()
Bağla