AZ

Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır

Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifəsindən azad edilən Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Erkan kritik vəzifəyə təyin ediləcək.

Publika.az Türkiyə mətbuatına istinadlaxəbər verir ki, bu barədə iqtisadiyyat lobbilərindəki mənbələr məlumat yayıb.

Erkanın Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) sədri postunu tutacağı və hazırkı sədr Şahap Kavcıoğlunu əvəzləyəcəyi iddia edilir.

Xəzinə və maliyyə naziri Mehmet Şimşekin Ərdoğanı buna razı saldığı və bu təyinatın iyun ayında reakkaşacağı bildirilir.

Qeyd edək ki, Ərdoğanın Hafize Qaye Erkanla vida görüşündə "Seçkidən sonrasını gözlə" deyərək 31 martdan sonra ona yeni vəzifə verəcəyinə söz verdiyi söylənilir.

Roza Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla