AZ

Ceyhun Bayramov qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesi barədəməlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb, onu Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar və s. müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər:

"Ceyhun Bayramov həmsöhbətinə münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
20
Mənbələr
Şərh ()
Bağla