AZ

Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb

Ceyhun

Xarici işlər naziri Ceyhun Bayramov bu gün Qazaxıstanda Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar və s. müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər: "Ceyhun Bayramov həmsöhbətinə münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
5
Mənbələr
Şərh ()
Bağla