AZ

Azərbaycana bir çox təkliflər verəcəyik

“Azərbaycanda olmaqdan məmnunam. Azərbaycan günü-gündən gözəlləşir”.

Publika.az xəbər verir ki, bunu Millətlər Birliyinin (The Commonwealth) baş katibi Patrisiya Janet Skotland deyib.

O əlavə edib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir:

“Müxtəlif bölgələrdən olmağımıza baxmayaraq bizi birləşdirən hadisələr var. Bütün dünya iqlim dəyişikliyindən narahatdır. Azərbaycana COP29 tədbirində çox ümidlər bəslənir. Dünya olaraq hazırda keçid nöqtəsindəyik. Azərbaycan COP29-da çox ciddi məsələləri həll edəcək.

İqlim dəyişikliyi ilə bağlı Azərbaycana bir çox təkliflər verəcəyik. Komanda olaraq əsasən, riskləri müəyyənləşdiririk. Digər ölkələri bu haqda məlumatlandırırıq. Bu COP-da daha yaxşı iştirak edəcəyik. Daha çox risk altında olan ölkələri qorumalıyıq. Elə ölkələr var ki, artıq onlar üçün çox gecdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla