AZ

"TikTok"-da yenilik - Bunu edən ilk platforma oldu

"TikTok" dezinformasiyaya qarşı mübarizə çərçivəsində tətbiqə yüklənmiş süni intellektlə hazırlanmış fotoşəkilləri və görüntüləri etiketləyən ilk video paylaşma platforması olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, "TikTok" bunun rəqəmsal məzmunun süni intellekt tərəfindən istehsal olunduğunu bilməyən istifadəçilərin səhv istiqamətləndirməsinin qarşısını almaq üçün ediləcəyini bildirib.

Açıqlamada platformaya fotoşəkil və video məzmun əlavə edilən zaman süni intellekt tərəfindən istehsal olunduğu təsbit edilən məzmunun etiketlənəcəyi və gələcəkdə bu məqsədlə audio faylların skan ediləcəyi qeyd edilib.

"TikTok" bunun üçün "Adobe", "Arm", "Intel", "Microsoft" ve "Truepic" firmalarının əməkdaşlığı ilə yaradılan Məzmun Təsdiqləmə və Orijinallıq Koalisiyası (C2PA) texnologiyasından istifadə edəcək.

Roza Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq