AZ

Bakı Tikiş Evinin rəsmisi: “Səsləndirilən iddialar əsassızdır”

Uzun illərdən bəri ümumtəhsil məktəblərinə şagirdlər vahid məktəbli geyimlərində gedirlər.

Məhz bu geyimlərin tikilməsi ilə Bakı Tikiş Evi (BTE) məşğul olur.

Bugünlərdə yayılan məlumatlara əsasən, Bakı Tikiş Evində məktəb formalarının satışında əvvəlki illərə nisbətən azalma müşahidə olunub.

Məsələ ilə bağlı Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, tikilən mallar keyfiyyətli olduğu üçün onların satışında problem yoxdur:

"Biz bütün qışı məktəbli formaları tikmişik, lazımi qədər anbarlarımızda var. Hazırda da məktəbli formaları tikilir. Əgər vahid məktəbli geyimləri satılmasaydı, biz tikişi davam etməzdik. Hazırda səsləndirilən iddialar tamamilə əsassızdır və həqiqətdən uzaqdır. Biz yeni tədris ilinə ruh yüksəkliyi ilə hazırlaşırıq. Bizim Bakı şəhərində 9 satış məntəqəmiz var, hər biri də işləyir".

Etibar Əzimov həmçinin yeni tədris ilində məktəb formalarının qiymətində dəyişiklik olmayacağını qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla