AZ

Saşa Boey “Qalatasaray”a qayıdır

Saşa Boey “Bavariya”da istənilən performansı göstərə bilmədiyi üçün “Qalatasaray”a qayıdır.

Məlumata görə, fransalı müdafiəçi Almaniya klubunda zədədən əziyyət çəkdiyi üçün əsas heyətdə cəmi 109 dəqiqə çıxış edə bilib.

Qış transfer pəncərəsində 25 milyon avroya transfer olunan Saşa Boey mövsümün sonunda yenidən “Qalatasaray” klubuna qayıdacaq. Bu barədə Türkiyə mediası xəbər yayıb.

Qeyd edək ki, tərəflər arasında danışıqlar yekunlaşıb, amma “Qalatasaray”ın Saşa Boey üçün ödəyəcəyi məbləğ barədə məlumat verilməyib.

Mənbə: Fotomaç.com.tr

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
2
Mənbələr
Şərh ()
Bağla