AZ

Dünyanın ən kök meymunu öldü

Ağır çəkisinə görə müxtəlif xəstəliklərdən əziyyət çəkən meymunun öldüyü bildirilir.

Publika.az xəbər verir ki, Taylandda 6 yaşlı meymun artıq çəkisi olduğu üçün ölüb.

Şokolad və ləzzətli yeməklərlə qidalanan Qodzilla adlı meymun ölümündən əvvəl ağır çəki ilə bağlı xəstəliklərdən əziyyət çəkib.

Qodzillanın qalxanabənzər vəz xəstəliyindən, şəkərli diabetdən və stress hormonu kortizolun həddindən artıq istehsalından əziyyət çəkdiyi qeyd olunub.

Roza Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
Mənbələr
Şərh ()
Bağla