AZ

BMT Azərbaycanı COP29-un uğurla keçirilməsində dəstəkləyəcək - Vladanka Andreyeva

Bakı. Trend:

BMT-nin COP29 barəsində öhdəliyi nəticələri uzunmüddətlixarakter daşıyacaq bu mühüm proseslə əlaqədar Azərbaycanıdəstəkləməkdən ibarətdir.

Trend xəbər verir ki, bubarədə bu gün BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisiVladanka Andreyeva Bakıda “PAŞA Holding” və BMT-nin keçirdiyi “29İqlim söhbəti: COP29-a gedən yol” tədbirində məlumat verib.
Onun sözlərinə görə, BMT ekspertləri konfransın uğurlu olması vəiştirakçılarının "iqlim missiyasını" dərk etmələrini təmin etməküçün bütün səylərini göstərəcəklər.

Andreyeva həmçinin planetdə istiləşmənin 1,5 dərəcəyə çatdığınıvə nəsillər qarşısında öhdəlikləri yerinə yetirməyin və belə birtemperatur çərçivəsində qalmağın çox aktual bir məsələ olduğunuqeyd edib.

"İstixana qazlarının emissiyasını 45 faiz azaltmalıyıq", - deyəAndreyeva vurğulayıb.

O qeyd edib ki, COP30 Braziliyada keçiriləcək və Bakıda COP29-dakeçiriləcək iclasda qəbul olunanlar sonrakı iqlim konfranslarınatəsir edəcək, çünki bu davamlı prosesdir.

"COP29 iqlim dəyişikliyi sahəsində bir sıra əməllərin həyatakeçirilməsi üçün tədbirlər görməyə imkan yaradır. Biz müvafiq modelvə strategiyalar hazırlayırıq", - deyə Andreyeva əlavə edib.

Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-inötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbulolunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən70-80 min xarici qonağı qarşılayacaq.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. TərəflərinKonfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasınanəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərinfərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla