AZ

Sabunçuda narkoplantasiya aşkarlandı (FOTO)

Bakı. Trend:

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənəkolu götürülüb.

Trend DİN-ə istinadən xəbərverir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət AxtarışŞöbəsinin (CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlənarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı iltəvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb.

Ondan 2 kiloqram narkotik vasitə marixuana aşkar olunub.Əməliyyat tədbilərinin davamı olaraq həmin şəxsin narkotikləri əldəetdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraqistintaqa təqdim edilib. Onun üzərindən isə 1 kiloqram marixuanaaşkarlanıb. K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digərüzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onunmarixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikovvə Ceyhun Bədəlovun da saxlanıması təmin edilib.

Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanıkultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotiktərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb. Araşdırma zamanı dəstəüzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisindəsatışı ilə məşğul olduqları müəyyən edilib.

Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davametdirilir.

Sabunçuda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
21
Mənbələr
Şərh ()
Bağla