AZ

Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Bakı. Trend:

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlarınqeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən xəbərə görə, elektronərizələrin qəbulu 31 iyul 2024-cü il tarixinədək internetvasitəsilə aparılır.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytınınekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan(kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı vəparolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinədaxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiqedirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlətelektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinədaxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi ortaixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək.Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsulşəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrınşəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək.Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiqetməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş buməlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefonnömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə,həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları”bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlarmüsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edənixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar28 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünkiqabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxınvaxtlarda başlayacaq və mayın 28-dək davam edəcək. Subbakalavrlarqeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçibqabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyətimtahanlarında iştirak ödənişlidir.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarındaiştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçəbilərlər.

1989-2006-cı il təvəllüdlü (01.05.2006-cı il tarixinədək anadanolmuş) 35 yaşınadək olan kişi cinsli subbakalavrların elektronərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmətkeçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azadedilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və yamüvəqqəti çağırılmaması barədə məlumat Azər­bay­can RespublikasınınSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin(SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

30.04.2006-cı il tarixindən sonra doğulmuş və ya 35 yaşı tamamolmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektroninformasiya sisteminə sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respub­likasınınSHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsilmüəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahanverərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etməkistəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq)ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
37
Mənbələr
Şərh ()
Bağla