AZ

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən qadın sosial müavinət ala BİLMİRVİDEO

Ərinin 32 il əvvəl tərk etdiyi qadın boşana bilmir...

Xezerxeber.az xəbər verir ki, Şəkinin Aşağı Kəldək kənd sakini Aybəniz Məsimova 32 il öncə ailə həyatı qurub.

Cəmi 5 ay evli olduqdan sonra isə onun həyat yoldaşı işləmək adı ilə Rusiyaya yollanıb. Bu müddət ərzində ərindən heç bir məlumat ala bilməsə də, ondan geri qalan nikah müqaviləsi sözün əsl mənasında problemə çevrilib. Bir müddət öncə ünvanlı sosial yardım üçün müraciət edən qadına Vaqif Məhərrəmovla rəsmi nikahda olduğu deyilib.

 Bildirilib ki, sənədlərinin qəbulu üçün qadın ya boşanma haqqında, ya da həyat yoldaşının ölümünü təsdiq edən sənəd verməlidir.

Aybəniz Məsimovanın sözlərinə görə, həyat yoldaşını tapa bilmək üçün bir neçə dəfə axtarışa çıxsalar da, nəticəsi olmayıb. İndi yeganə istəyi ya rəsmi nikah müqaviləsinin qüvvədən düşməsi, ya da ölüm haqqında arayışın əldə olunmasıdır.

Vəkil Emil Aslanov “Xəbər Ertəsi”nə bildirib ki, əgər vətəndaş nikahın qüvvədən düşməsini istəyirsə, qarşı tərəf olmadığı halda da məhkəməyə müraciət edə bilər. Ancaq bu halda bir qədər gözləməli olacaq. 

Dövlət Sosial Müdafiə Fondundan isə “Xəbər Ertəsi”nə bildirildi ki, qısa müddət ərzində Aybəniz Məsimova ilə əlaqə saxlanılacaq və problemin həlli üçün işlər görüləcək.

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla