AZ

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107-yə çatıb

Braziliyada daşqınlar nəticəsində həyatını itirənlərin sayı 107-yə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Mülki Müdafiəsi məlumat yayıb.

Məlumata görə, daşqınlar zamanı itkin düşənlərin sayının isə 136 olub.

Açıqlamada axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi qeyd olunur.

Yerli KİV-in məlumatına görə, hələ də minlərlə insana elektrik enerjisi və internet xidməti verilmir.

Ölənlərin sayının daha da artacağı təxmin edilir.

Rio Grande do Sul qubernatoru Eduardo Leite 180 gün ərzində "fövqəladə vəziyyət" elan edildiyini və insanların təxliyəsi üçün ciddi səylər göstərdiklərini bildirib.

İki dəfə təbii fəlakətdən zərər çəkmiş ərazilərə səfər edən prezident Lula da Silva bölgəni bərpa edəcəklərini bəyan edib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
12
Mənbələr
Şərh ()
Bağla