AZ

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləşmob keçirilib

Bakı. Trend:

İctimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına,yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitinmühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkməqsədilə 500-dən artıq iştirakçı Bakı şəhəri ətrafında bir arayagəlib.

İştirakçılar Bakının Müşfiqabad qəsəbəsində Abşeronyarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000 Eldar şamı vəzeytun ağacı əkib.

Ağacəkmə aksiyasından sonra könüllülərin iştirakı iləAzərbaycanın bu il ev sahibliyi edəcəyi və dünyanın ən mötəbərtədbiri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)həsr olunan fləşmob nümayiş etdirilib.

Qeyd edək ki, ağacəkmə aksiyası və fləşmob COP29 AzərbaycanƏməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən birgə təşkilolunub. Tədbirdə dövlət orqanlarının, özəl təşkilatların, vətəndaşcəmiyyəti institutlarının nümayəndələri, tələbələr və könüllüləriştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
10
Mənbələr
Şərh ()
Bağla