AZ

COP29 Azərbaycan tarixində ən böyük tədbirdir – Elnur Soltanov

Bakı. Trend:

COP29 Azərbaycan tarixində ən böyük tədbirdir.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın energetikanazirinin müavini Elnur Soltanov ADA Universitetində “Gələcəyinformalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda dəyirmi masadaçıxışı zamanı bildirib.

"Azərbaycan tarixində hələ COP29 kimi miqyaslı tədbirlər olmayıbvə çətin ki, yaxın vaxtlarda bu cür hadisə baş versin. Bu, ölkəniləyaqətlə təmsil etmək və BMT Konvensiyasının tərəflərində yaxşıtəəssürat yaratmaq üçün şansdır. Biz buna görə çox böyük məsuliyyəthiss edirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-inötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbulolunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən70-80 min xarici qonağı qarşılayacaq.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. TərəflərinKonfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasınanəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərinfərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

Bu gün ADA Universitetində həmin universitetin nəzdindəfəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (Institutefor Development and Diplomacy - IDD) təşkilatçılığı ilə “Gələcəyinformalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda dəyirmi masakeçirilir. Tədbirdə yüksək vəzifəli xadimlər, səfirlər,Azərbaycandan ekspertlər və ICESCO-nun üzvləri iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
Mənbələr
Şərh ()
Bağla