AZ

Su niyə çirklidir?

Yer kürəsində olan suyun yalnız 1 faizi içməli, şirin sudur. Bunun da müəyyən hissəsi əhali istehlak edənə qədər müxtəlif yollarla çirklənir və istifadəyə yararsız olur. Beləliklə dünyada, eləcə də ölkəmizdə içməli su qıtlığı yaranır. 

“Qafqazinfo” xəbər verir ki, ümumdünya Səhiyyə Təşkilatının məlumatında dünya əhalisinin 40 faizinin zərərli, çirkli su içdiyi qeyd edilir. Məhz bu səbəblə müxtəlif qüsurla doğulan uşaqların sayı 14 faiz artıb. Körpə ölümlərinin sayındakı artım isə 20 faizə çatır. 

İçməli su necə çirklənir? 

İçməli su tullantı və yağış sularının qarışması nəticəsində çirklənir. Kimyəvi və bioloji maddələr daşınma zamanı baş vermiş nəqliyyat qəzaları nəticəsində suya qarışır. 

Nüvə silahının sınaqları və qəzaları zamanı yaranan radioaktiv tullantılar, zavod, fabriklərdən çıxan kimyəvi atıqlar su ehtiyatlarına qarışaraq fəsad törədir. Sənaye tullantıları, ağır metallar, plastik materiallar, yuyucu vasitələr, dərman preparatları, üzvi birləşmələrin su ehtiyatlarına qarışması ciddi çirklənməyə səbəb olur. 

İçməli suyu çirkləndirən amillərdən biri də kənd təsərrüfatıdır. Məhsuldarlığı artırmaq üçün istifadə olunan müxtəlif gübrələr, pestisidlər şirin su ehtiyatlarına qarışaraq onu çirkləndirir. 

Adətən su təbii olaraq özünü çirkləndiricilərdən təmizləyə bilər. Lakin daimi və hədsiz çirklənmə nəticəsində bu qabiliyyətini itirir.

Çirklənmiş suyun insan sağlamlığına zərəri

Çirklənmiş su insan səhhətində aşağıdakı xəstəliklərə yol açır: dizenteriya, ishal, vəba, sarılıq, tif, poliomielit, xərçəng, tənəffüs orqanlarının patologiyaları, Alzheimer, Parkinson və digər nevroloji xəstəliklər, ürək-damar problemləri və s. 

Su tutarlarına diqqət

“Azərsu” ASC-dən ölkə əhalisinə verilən suyun standartlara uyğun olduğu bildirilir. Bu zaman belə bir sual meydana çıxır. Su təmizlənib gəlirsə, sonra onu nələr çirkləndirir? Deməli problemin səbəbi ikinci mərhələdə su tutarlarında axtarılmalıdır. Əhalinin içməli su ilə təminatı üçün yaşayış binalarında, plazalarda tədris, səhiyyə müəssisələrində, istehsalatda, otel, restoran və digər xidmət obyektlərində istifadə olunan su anbarları, borular, çənlər, dispenserlər vaxtlı-vaxtında təmizlənirmi? 

Fontan, hovuz kimi açıq su hövzələri küləyin və digər amillərin gətirdiyi zibillərdən çirklənir. 

Qapalı hövzələrdə isə su qaldıqca tərkibində kiflənmə, göbələklənmə, lillənmə baş verir. Mikrobakteriyalar əmələ gəlir. Borularda suyun ərpi yığılır. Polad borular paslanaraq suyu lilləndirir. İnsanlar bu sudan istifadə etdikdə təhlükəli yoluxucu xəstəliklərə  şərait yaranır. 

Su tutarları nə vaxt təmizlənməlidir?

Qanunvericiliyə əsasən su anbarları ildə ən az bir dəfə təmizlənməlidir. 6 aydan bir təmizlənib dezinfeksiya edilsə, daha effektiv olar. Su dispenserlərinin isə ayda bir dəfə təmizlənməsi lazımdır. 

Bu sahədə ixtisaslaşmış şirkətlər bu işin  öhdəsindən peşəkarcasına gəlir. Su tutarlarının təmizlənməsi və dezinfeksiyası üzrə illərin təcrübəsinə malik Sanitariya Epidemioloji Xidmətlər MMC sayəsində təmiz su içə bilərsiniz. Şirkətin bütün xidmətləri ilə daha ətraflı tanış olmaq üçün Sanitariya.az səhifəsinə keçid edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
33
Mənbələr
Şərh ()
Bağla