AZ

Yasamalda avtomobil gənc qızı vurdu

Sosial şəbəkələrdə Qusar rayonunda meşəlik ərazidə çox sayda ağacın kəsilməsi barədə məlumatlar yayılıb.

Avtosfer.az xəbıər verir ki, sözügedən ərazidə irigövdəli ağaclar kəsilərək yerində tikinti işləri aparılır.

“Ağacların kəsilməsinə mart ayından başlayıblar. Artıq 50-yə yaxın ağacı kəsiblər. Torpağı sakinlərə fərdi ev tikmək üçün verirlər. Onlar da əllərində çıxarışları olduğu üçün ağacları kəsirlər. Nə qədər narazılıq bildirsək də, əhəmiyyəti yoxdur”, - deyə sakin Arif Əhmədov söyləyib.

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və tərəfimizdən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb.

“Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız ərazidə olublar. Son aylara aid yeni ağac kəsilməsi faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar hələ 2023-cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib. Həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb”, - deyə H.Əlizadə əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
12
Mənbələr
Şərh ()
Bağla