AZ

BORRELL RUSİYA-UKRAYNA MÜNAQİŞƏSİNDƏ ÇİNİN MÖVQEYİNİ AÇIQLAYIB

Aİ diplomatiyasının rəhbəri Josep Borrell İspaniyanın RTVE radiostansiyasına müsahibəsində deyib ki, Çin Ukraynadakı vəziyyətə görə Rusiyaya təsir etməkdə maraqlı deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz uzun müddətdir ki, Çinə öz təsirindən istifadə etməli olduğunu deyirik. Çin bunu etmir, çünki bunu etməkdə maraqlı deyil”, - o deyib.

Borrell əlavə edib ki, Kiyevə gələcəkdə yardım barədə qərarlar Aİ daxilindəki 27 dövlətdən birinin mövqeyinə görə əngəllənib. Onun fikrincə, indi ölkələr arasında yekdil qərarlara nail olmaq çətindir.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
50
Mənbələr
Şərh ()
Bağla