AZ

Ərdoğan NATO sammiti ilə əlaqədar ABŞ-yə səfər edə bilər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə təxirə salınmış səfəri iyulun 12-13-də Vaşinqtonda keçiriləcək NATO sammiti ilə əlaqədar baş tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasındakı çıxışında deyib.
“Biz Prezident Ərdoğanı iyulda keçiriləcək NATO sammitində qəbul etməyi səbirsizliklə gözləyirik”, - deyə o bildirib.
Diplomat həmçinin qeyd edib ki, Türkiyə Ukrayna münaqişəsi də daxil olmaqla, bir çox regional böhranların həllində mühüm rol oynayıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə rəsmiləri Ərdoğanın ABŞ-yə səfərinin mayın əvvəlinə planlaşdırıldığını bildirmişdi. Kütləvi informasiya vasitələri isə bu səfərin mayın 9-na təsadüf edəcəyini yazmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
8
Mənbələr
Şərh ()
Bağla