AZ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib (FOTO)

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu vəmemarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü RusiyaFederasiyasının Həştərxan vilayətində qeyd edilib. Ulu Öndər HeydərƏliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbirlərdəAbşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevinrəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətininvitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev və Həştərxanvilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələriHəştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onunabidəsini ziyarət edib. Ümummilli Liderin abidəsinin önünə güldəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib.Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət etmişdir.

Daha sonra nümayəndə heyəti ilə Həştərxan vilayətininvitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin görüşü olub.Görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlığın gündən-günəinkişaf etdiyini, bu münasibətlərin dostluq və qardaşlıqprinsiplərinə söykəndiyini vurğulayan Denis Afanasyevəməkdaşlıqların yeni prioritetləri, iqtisadi əlaqələrin daha daşaxələndirilməsi istiqamətində mühüm addımların atıldığını qeydedib. Həştərxan Hökümətinin sədri Həştərxanda çoxsaylı sosial,iqtisadi, mədəni layihələr həyata keçirmiş və bu il 20 illikyubileyini qeyd edən Heydər Əliyev Fondunun həştərxanlıların böyüksevgisini qazandığını xüsusi qeyd etmiş, həyata keçirilmiş buuğurlu layihələrə görə təşəkkürünü bildirərək Fondun gələcəkfəaliyyəti üçün öz xoş arzularını çatdırmışdır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öznövbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökümətinətəşəkkürünü bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuşsilsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksəkqiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür.Nümayəndə heyətinin tərkibində yer alan YAP Abşeron rayonTəşkilatının sədri Abbas Əliyev öz növbəsində Ulu Öndər HeydərƏliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılaratəşəkkürünü bildirib.

Görüş zamanı ötən il “Heydər Əliyev İli” çərçivəsində UluÖndərin 100 illik yubileyinin Həştərxan vilayətində təntənəlişəkildə qeyd edildiyi vurğulanmış, keçirilmiş tədbirlərdə Həştərxanvilayətinin rəsmi şəxslərinin, Azərbaycandan gəlmiş nümayəndəheyətlərinin və həştərxanlıların fəal iştirak etdiyi, ÜmummilliLiderin əziz xatirəsinin vilayətdə böyük sevgi ilə yad edildiyiqeyd edilmişdir.

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylıorta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstüönünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yadedib. Səfər çərçivəsində nümayəndə heyəti yeni tikiləcək məktəbkorpusunun layihələndirilmə işləri tanış olmuşlar.
Daha sonra Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzində ÜmummilliLider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsrolunmuş konfrans keçirilmişdir. Konfransda Həştərxan vilayətininvitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev, Abşeron Rayonİcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayonTəşkilatının sədri Abbas Əliyev, Azərbaycan nümayəndə heyətinindigər üzvləri, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR)Həştərxan bölməsinin və Azərbaycan diasporasının üzvləri iştiraketmişdir. Görüşdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin vəbugünki qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyevtərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra da daimi olaraqdövlətimizin və Ulu Öndərin müəyyənləşdirdiyi milli idealogiyamızüçün çalışmağın vacibliyi vurğulanıb, iki ölkə arasındamünasibətlərin dərinləşməsinə gənclərimizin böyük töhvələr verdiyibildirilib. Azərbaycanlı gənclər və diaspora üzvləri AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev siyasətinə sadiqolduqlarını, onun rəhbərliyi ilə aparılan və hər zaman Azərbaycandövlətinin maraqlarına xidmət edən uğurlu siyasətinə daim dəstəkolduqlarını bildirmişlər. Konfransda Azərbaycan nümayəndə heyətiHəştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən HeydərƏliyev Fondunun 20 illik yubileyi münasibəti ilə ünvanlanmıştəbrikə görə təşəkkür etmiş, Fondun bir çox ölkələrdə, o cümlədənRusiya Federasiyasının müxtəlif regionlarında çoxşaxəlifəaliyyətini və həyata keçirdiyi layihələri vurğulamışdır.Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindənvilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərinibildirmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiyanümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinəsəfərlərini böyük sevgi ilə xatırladıqlarını və yüksəkqiymətləndirklərini bildirmişlər.

Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
15
Mənbələr
Şərh ()
Bağla