AZ

Almatı danışıqları 2 gün davam edəcək

Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar iki gün davam edəcək.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan və Qazaxıstan Xarici İşlər nazirliklərinin rəhbərləri ilə üçtərəfli görüşdə deyib.

O, danışıqların Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün çox faydalı olacağına əminliyini ifadə edib: “Əminəm ki, Almatıdakı danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik”.

Mənbə: qafqazinfo.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla