AZ

Ermənistandakı etiraz aksiyalarında12 nəfər saxlanıldı – Yenilənib


Ermənistan polisi cümə günü İrəvanda və ondan kənarda keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 12 nəfəri saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məumata görə, İrəvanda keçirilən etiraz aksiyaları zamanı 8, Vayots Dzorda keçirilən aksiyalar zamanı isə 4 nəfər saxlanılıb.

***11:58
Ermənistanda hökumət əleyhinə etiraz aksiyaları davam edir.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, Erməni Apostol Kilsəsi Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan vətəndaşları saat 18:30-da İrəvanın mərkəzindəki Respublika meydanında mitinq üçün toplaşmağa çağırıb.
Portalın məlumatına görə, bu barədə o, meydanda çıxış edərkən bildirib. Bundan əlavə, Qalstanyan mərkəzləşdirilməmiş itaətsizlik aktlarına çağırıb.
Xatırladaq ki, mayın 9-da Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qaldıqdan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aktlarının və impiçment prosesinin başladığını elan edib.
Etiraz hərəkatı aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etdikdən sonra başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla