AZ

İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI

İranlı kinorejissor 8 il həbs, şallaq, cərimə və əmlakının müsadirəsi ilə cəzalandırılıb.

Ednews xəbər verir ki, məhkəmənin qərarına görə, Rasoulofun filmləri İran hakimiyyətinə qarşı yönəlib

Qeyd edək ki, bu barədə kinorejissorun vəkili Babək Paknia “X” hesabında məlumat verib.

Vəkilin sözlərinə görə, hökmə Rasoulofun ictimai açıqlamaları, habelə çəkdiyi bədii və sənədli filmlər səbəb olub.

Məhkəmənin fikrincə, Rasoulofun filmləri İran hakimiyyətinin təhlükəsizliyinə qarşı yönəlib.

“The Guardian” yazır ki, Rasoulofun son filmi “The seed of the sacred fig” (“Müqəddəs əncirin toxumu”) 2024-cü il Kann Film Festivalının əsas müsabiqə proqramında iştirak üçün seçildikdən sonra İran hakimiyyətinin 52 yaşlı rejissora təzyiqləri artırıb.

Əkbər Novruz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla