AZ

“Sülh sazişinin imzalanması ilə məhdudlaşmamalıyıq” – Mirzoyan


“Ermənistan sülhə, sazişin bağlanmasına can atır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıda Qazaxıstanın xarici işlər naziri Murat Nurtleunun iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların başlanğıcında deyib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz sülh prosesində çox konstruktiv iştirak edirik və üstəlik hesab edirik ki, sülh sazişinin imzalanması ilə məhdudlaşmamalıyıq. Biz bölgədəki nəqliyyat kanallarını açmaq üçün irəli gedə bilərik. Təbii ki, bu, bütün kanalların ölkələrin suverenliyi altında olacağı, ərazisindən keçəcəkləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərəcəkləri və dövlət sərhədini keçmək üçün bütün prosedurların razılaşdırılacağı anlayışı ilə ( inzibati, gömrük) qarşılıqlılıq prinsipinə uyğun olaraq razılaşdırılmalıdır”, - Mirzoyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla