AZ

Anklav və eksklavların mübadiləsi: Ermənistanla ərazi dəyişdirilməsi mümkündür? – VİDEO

“Başkənd adlanan yer vaxtilə zorla əlimizdən alınan və ermənilərə verilən ərazidir”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında mübahisəli sayılan bir neçə anklavın mübadiləsi məsələsi barədə fikirlərini söyləyən politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, anklav və eksklavların mübadiləsi və dəyişdirilməsi məsələsi prinsip etibarilə mümkündür.

“Ermənistanın Azərbaycan ərazisində anklav sayılan ərazisi demək olar ki, yoxdur. Başkənd adlanan yer vaxtilə zorla əlimizdən alınan və ermənilərə verilən ərazidir. Bu səbəbdən sözügedən ərazinin mübadiləsi barədə fikirlər səsləndirmək düzgün olmaz”, – deyə politoloq qeyd edib.

Ətraflı videonu təqdim edirik:

Nəsimi Ələsgərli
Samir Məcidov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla