AZ

Hökumətə xəbərdarlıq: 24 saatlıq ümumi tətil başlayır

 Argentinada həmkarlar ittifaqları 24 saatlıq ümumi tətillə hökumətin iqtisadi siyasətlərinə etiraz ediblər.

"Cebhe.info" xəbər verir ki, Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbərlik etdiyi ümumi tətilə avtobus, qatar, metro, hava yolu, təhsil və bank sektoruna bağlı həmkarlar ittifaqı qatılıb.

Başda paytaxt Buenos-Ayres olmaqla bir çox şəhərlərdə tətil səbəbilə küçə və prospektlərdə səssizlik hökm sürür.

 CGT-nin baş katibi Hector Daer açıqlamasında tətilin hökumətə "güclü" bir xəbərdarlıq olduğunu ifadə edib: "Hökumət bunu nəzərə almalıdır. Hökumət uyğunlaşma siyasətlərini yenidən nəzərdən keçirməli və vətəndaşları daha çox  çətin vəziyyətə salacaq həddi aşmaqdan çəkinməlidir".

 Prezident Milei sosial media hesabından verdiyi açıqlamada Argentina üçün uyğunlaşma siyasətlərinin və struktur iqtisadi islahatların zəruri olduğunu deyib. O, ümumi tətilin əleyhinə olduğunu bildirib.

 İqtisadiyyat naziri Luis Kaputo da öz sosial şəbəkə postunda ümumi tətilə çıxan həmkarlar ittifaqlarını tənqid edib.

Xatırladaq ki, Argentinada inflyasiya 288 faizə yüksəldikdən sonra müxtəlif sektorlardan olan minlərlə insan maaşlarının artırılmasını tələb etmək üçün tez-tez küçələrə çıxır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla