AZ

BMT: "Qəzzada humanitar əməliyyatlar dayana bilər"

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada humanitar əməliyyatların yanacaq çatışmazlığı səbəbindən dayana biləcəyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, regionda mövcud vəziyyət görünməmiş fövqəladə vəziyyət həddinə çatıb.

Bildirilib ki, anklavın yanacaq tədarükü dərhal bərpa olunmasa, Qəzza zolağında humanitar əməliyyatlar, bank və rabitə xidmətləri bir neçə gün ərzində dayandırıla bilər. Belə ki, Qəzza-Misir sərhədindəki Rafah keçidinin bağlanması ilə əlaqədar humanitar əməliyyatlar üçün lazım olan yanacaq ehtiyatlarının doldurulmasına artıq çıxış yoxdur.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla